Eyni üzlər hər gün
Belə sanki tənhayam
Gecə düşər qəmgin
Baxaram ulduzlara
Gecəsi, gündüzü qarışıb
Yoxdur əhvalı soruşan
Necəsən?
Yada sal
Evdəsən, ya haradasan?
Get-gedə alışıram
Gəlir arada yanaşı
Xəyalın yanıma
Deyirəm: “Get, ya da qal”
Sənlə yaşadığımız deyil eyni dünyalar
Fərqli-fərqli insanlar baxır eyni səmaya
Sənlə yaşadığımız deyil eyni dünyalar, o-o-oh
Fərqli-fərqli insanlar baxır eyni səmaya