Pusuvar Lyrics

Xpert Lyrics



Vardı biraz borc*m onu ödədim
Qaldı bir tək can o da xaliqə
Yaxşılıq elə, tulla dənizə
Balıq bilməsə də çatır xaliqə


İki gülləm var, biri özümə
Birin mənə at, birin özünə
Hər iki yolun biri dolaşıq
Hər iki başın biri qarışıq

Vardı biraz borc*m onu ödədim
Qaldı bir tək can o da xaliqə
Yaxşılıq elə tulla dənizə
Balıq bilməsə də çatır xaliqə

Çəkir tərəzi əməl əvəzi
Hardadı bəla ordadı Məsih
Düşər başıma dünyanın səsi
Bir də xışıldayan pulun kisəsi
Necə Musa tutub əsa
Səni Nəmrud oda atsa
Yaşıyarsan necə Yusif dibə batsa
Ya da İsa özün a**a

Ağaların basıb dəvələrin tər
Kasıb kasıbın atına minər
Yetənə yetər, yetənə yetər
Əyri ağacın meyvələrin dər
Sənin getdiyin yer bizim gəldiyimiz
Sənin gördüyün pul bizim xərcliyimiz
Sənin Öpdüyün əl bizim çəkdiyimiz
Sənin Olduğun dağ bizim sərtdiyimiz
Olduğun yer bizim səhvliyimiz
Tək olduğum vaxt bizim təkliyimiz
Yekə divar bizim bərkliyimiz
Sənin yığdığın bar bizim əkdiyimiz
Vardı biraz borc*m onu ödədim
Qaldı bir tək can o da xaliqə
Yaxşılıq elə tulla dənizə
Balıq bilməsə də çatır xaliqə
İki gülləm var biri özümə
Birini mənə at, birini özünə
Hər iki yolun biri dolaşıq
Hər iki başın biri qarışıq




All Artists: 0 A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

we all love music