Popurri | 2021 Lyrics

Xatir? ?slam Lyrics



Səhər tezdən açılanda pəncərə
Gözümə görsənir gözəl bir mənzərə
Nazlı yarım su verəndə güllərə
Ürəkdən sevinib söyləyirəm mən
Nazlı yarım su verəndə güllərə
Ürəkdən sevinib söyləyirəm mən


Ay maşallah! İri-iri gözlərin
Yandım, ay Allah! İri-iri gözlərin
Ay maşallah! İri-iri gözlərin
Yandım, ay Allah! İri-iri gözlərin


Ceyrandan, cüyürdən incə yerişi
Qəlbimə od vurur nazlı baxışı
Dodaqları dirildəcək ölmüşü
Yanaqları balla öpməliyəm mən
Dodaqları dirildəcək ölmüşü
Yanaqları balla öpməliyəm mən


Ay maşallah! İri-iri gözlərin
Yandım, ay Allah! İri-iri gözlərin
Ay maşallah! İri-iri gözlərin
Yandım, ay Allah! İri-iri gözlərin


Vuruldu gözüm o qara gözlərinə
Aldandım, inan, o şirin sözlərinə
Çoxları bilir, gözlərin canlar alır
Özüm qatdım haram gecəmə, gündüzümə


Hardasan, Səadət?
Üzür məni həsrət
Ürəyim dolu məhəbbət
Məhəbbət, məhəbbət
Ya nəsib, ya qismət
Hardasan, Səadət?
Üzür, üzür məni həsrət
Hardasan, Səadət?
Üzür, üzür məni həsrət
Ürəyimdə məhəbbət
Məhəbbət, məhəbbət
Ya nəsib, ya qismət


Kök üstə budağı neçədir, bildim
Budaqda yarpağı neçədir, bildim
Salxımı, saçağı neçədir, bildim
Salxımı, saçağı neçədir, bildim


Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir

Atəş Allahındır, isti Allahın
Ocaq Allahındır, tüstü Allahın
Bu yaşıl ağacın üstü Allahın
Bu yaşıl ağacın üstü Allahın


Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir

Yığışmışıq bu gün bu şən məclisə
Mahnı deyək, nəğmə deyək səs-səsə
Yığışmışıq bu gün bu şən məclisə
Mahnı deyək, nəğmə deyək səs-səsə


Qayına***ar, qayınatalar oynasın
Bəylə gəlin səadətə qovuşsun


Toy günüdür əl çalın, əl çalın
Əl çalın bəylə gəlin oynasın
Toy günüdür əl çalın, əl çalın
Əl çalın bəylə gəlin oynasın


Leylican, Leyli
Düşüb mənə meyli
Leylican, Leyli
Həsrətdəyəm xeyli

Leylican, Leyli
Düşüb mənə meyli
Leylican, Leyli
Həsrətdəyəm xeyli


Gələrəm dalınca
Sevgilim olunca
Gələrəm dalınca
Sevgilim olunca


Leyli, Leyli
Düşüb mənə meyli
Leyli, Leyli
Yandım, aman, Leyli

Leylican, Leyli
Düşüb mənə meyli
Leylican, Leyli
Həsrətdəyəm xeyli

Lеylican, Leyli
Düşüb mənə meyli
Leylican, Lеyli
Həsrətdəyəm xeyli




All Artists: 0 A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

we all love music