M?n Bilir?m Lyrics

Xatir? ?slam Lyrics



Yenə bu atmacalar
Sözlər həmən sözlərdir
Yenə qıyğacı baxan gözlər
Həmən gözlərdir

De görüm bir, nədir qəsdin?
Nə dedim ki, yenə küsdün?
De görüm, indi neyləyim
Sənin üçün?


Məni qoydun gözü yaşlı
Ürəyin qapqara daşdır
Buna bax
Aşiq olubdur mənim üçün?

Məni qoydun gözü yaşlı
Ürəyin qapqara daşdır
Buna bax
Aşiq olubdur mənim üçün?


Dön geri, bir daha
Gəlmə dalımca
Yox yeri, bir daha
Gəlmə dalımca


Pozulur kef, damağın
Süzülür qaş-qabağın
Amma gizlin dodağın
Altda gülürsən, bilirəm


Görüşə gəlməyimi
Dərdindən ölməyimi
Gizlində gülməyimi
Sən də bilirsən, bilirəm

Görməyəndə məni
Mənsiz üzülürsən, bilirəm

Sevgilim, sən mənim
Dərdimdən ölürsən, bilirəm


Görməyəndə məni
Mənsiz üzülürsən, bilirəm

Sevgilim, sən mənim
Dərdimdən ölürsən, bilirəm


Yenə də eyni bəhanə
Yenə də dava-dalaş
Nəyə lazımdır bu sözlər?
Kimə lazımdır savaş?
Yenə mən neylədim, ey yar
Eləyirsən belə rəftar?
Nə olar, gözlərini
Süzmə baxanda!


Eləmir söz sənə təsir
Elə bil məndədir təqsir
Heç utanmır da mənim
Üzümə baxanda
Eləmir söz sənə təsir
Elə bil məndədir təqsir
Heç utanmır da mənim
Üzümə baxanda


Gözlədim, gəlmədin
İncidim yaman
Gözləməzdim bunu
Səndən heç zaman


Gözləyirsən sonunu
Dəyişirsən donunu
Söndürüb telefonunu
Tez əkilirsən, bilirəm


Telefonum zəng də çalır
Yığdığın nömrə qalıb
Sən mesajlarımı alıb
Sonra silirsən, bilirəm


Sevgilim, sən mənim
Dərdimdən ölürsən, bilirəm

Görməyəndə məni
Mənsiz üzülürsən, bilirəm


Sevgilim, sən mənim
Dərdimdən ölürsən, bilirəm

Görməyəndə məni
Mənsiz üzülürsən, bilirəm


Sevgilim, sən mənim
Dərdimdən ölürsən, bilirəm
Görməyəndə məni
Mənsiz üzülürsən, bilirəm

Sevgilim, sən mənim
Dərdimdən ölürsən, bilirəm
Görməyəndə məni
Mənsiz üzülürsən, bilirəm
Mən bilirəm!




All Artists: 0 A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

we all love music