Huemay Lyrics

Xpert Lyrics


Giriş:
Ən dəyərli şey su deyil brat
Verse:
Mən kiməm sən bilən
Belə ki məntiqə sığan cavablar əntiqə
Necə ki eyni yerdə birdir atın rəngi də
Yatanda gecə gözləmə ki kimsə zəng edə
Soruş
Mən kiməm tərki mən
Elə bir dünya var ki çoxdu bir quru ölüm də
Dilim nağıl dərin daxıl
Görən üçün zülümdür
Bu döngülər düyündü və yenə ad günümdür
Çünki mən dərd edən
Olardı əvvəlki ağlım susardım incə pərdədən
Qovuşdu xeyli əkiz fikir çıxdı fərqli kəllədən
Hörüncə bir gözəl bina dağıtdı min çəpər bədən
Sanki mən tərk edən
Elə bir dünya var ki ağrılardı bərkidən
Elə bir dünya var ki əminlik böyükdür bəlkədən
Elə bir dünya var ki lal kimiydi tərk edən
Mən bilən kəlmələr
Vuruldu düymələr səliqəliydi ilmələr
Kəsəndə kəllələr dəqiqəlikdi pillələr
Verəndə əl nələr soruşmalıydı dil nələr
Mən kiməm sən bilən
Belə ki məntiqə sığan cavablar əntiqə
Necə ki eyni yerdə birdir atın rəngi də
Yatanda gecə gözləmə ki kimsə zəng edə
Soruş
Mən kiməm tərki mən
Elə bir dünya var ki çoxdur bir quru ölüm də
Dilim nağıl dərin daxıl
Görən üçün zülümdü
Bu döngülər düyündür və yenə ad günümdür
Təbriklər




All Artists: 0 A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

we all love music